Neftin qiymətində artım yaşanıb
Avqustun 12-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin sentyabr fyuçerslərinə olan dəyəri 4,11 dollar artaraq 106,68 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinə olan qiyməti də artıb. Belə ki, WTI markalı neftin bir bareli 3,59 dollar artaraq 82,89 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə