Taner Yıldız: “Transadriatik” qaz boru kəmərinin gələcəyi Bakı ilə əldə olunacaq razılaşmadan asılıdır”

Taner Yıldız: “Transadriatik” qaz boru kəmərinin gələcəyi Bakı ilə əldə olunacaq razılaşmadan asılıdır”

"Transadriatik" qaz boru kəməri, "Nabukko", İtaliya-Türkiyə-Yunanıstan boru kəmərlərinin gələcəyi Azərbaycanın "Şahdəniz-2" qaz layihəsinə dair Bakı ilə əldə olunacaq razılaşmadan asılıdır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.

Onun sözlərinə görə, danışıqlar davam edir və müvafiq saziş imzalandıqdan sonra sözügedən layihələrin qaz tədarükü problemi əsasən həllini tapacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə