“AKKORD” maliyyə hesabatlarının hazırlanmasını Beynəlxalq Maliyyə Hesabatlarının Standartlarına uyğun həyata keçirir

“AKKORD” maliyyə hesabatlarının hazırlanmasını Beynəlxalq Maliyyə Hesabatlarının Standartlarına uyğun həyata keçirir
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin 2010-cu il və 2011-ci ilin altı ayı üzrə maliyyə hesabatları Beynəlxalq Maliyyə Hesabatlarının Standartlarına (BMHS) uyğun hazırlanaraq "Mak Azerbaijan Ltd." tərəfindən yoxlanılıb.


Şirkətdən SİA-ya verilən məlumata görə, "Mak Azerbaijan Ltd." "Crowe Horwath Business Alliance" üzvü olmaqla audit və konsaltinq şirkətlərinin qlobal reytinqində böyük onluğa daxildir.


Ümumilikdə bu günədək "Akkord"un 2007, 2008, 2009-cu illərin yekunlarına görə maliyyə hesabatları da BMHS-a uyğun hazırlanaraq "Mak Azerbaijan Ltd."-nin yoxlamasından keçib.


2011-ci ilin yekunlarına görə maliyyə hesabatlarının yoxlanılması üçün isə "Akkord" Korporasiyası "böyük dördlüyə" daxil olan audit şirkətlərindən birini cəlb etməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня