Vüqar Bayramov: “İxracla məşğul olan fermerlərə verilən subsidiyaların həcmi artırılmalıdır”
Hər il olduğu kimi cari mövsümdə də fermerlər kənd təsərrüfatı məhsulları, eləcə də taxıl yığımı ilə bağlı problemlər yaşamaqdadırlar. SİA-nın xəbərinə görə, bəzi bölgələrdə dizel yanacağı qıtlığı və qiymətinin bahalaşması zəmilərin biçimini ləngidib. Verilən məlumatlara əsasən, fermerlərdən biçim üçün hər hektara 100 manat pul istənilir. Halbuki keçən il bu rəqəm 30 manata olub. Bu arada xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi cari ildə məhsuldarlığın keçən ilə nisbətən artıq olacağını bildirir: Artımın isə 500 min ton təşkil edəcəyi proqnozlaşdırılır. Yaranmış vəziyyət 2011-ci il üçün artım yox, məhsuladrlığın aşağı düşməsinin müşahidə ediləcəyini söyləməyə əsas verir.
Onu da qeyd edək ki, cari il üçün Azərbaycanda 945 min hektar sahədə taxıl məhsulları əkilib. Bunun da 660 min hektarı ərzaq buğdasıdır. Ötən il ölkədə təxminən 2 mln. tona yaxın taxıl istehsal olunub.
İqtisadçı-ekspert
Vüqar Bayramov bir sıra rayonlarda məhsul
yığımı ilə bağlı problemlər yaşandığını bildirir: "Xaçmaz, Masallı, Cəlilabad,
Sabirabad eləcə də bir sıra rayonlarda, o cümlədən Naxçıvanda məhsullar tarlalarda çürüyür. Bunun səbəbi də fermerlərin
istehsal etdikləri məhsulu bazara çıxarmalarında yaşadıqları problemlər və məhsulun bazar qiyməti ilə istehsal xərci
arasındakı fərlə bağlıdır: Regionlarda fermerlər istehsal etdikləri məhsulları maya
dəyərindən aşağı qiymətə satmağa məcburdurlar. Hansıki, belə hal onların indiki
mövsümdən gəlir əldə etməsinə imkan vermir. Aqrar sektorda məhsulun yığılması və
bazara çıxarılması ilə bağlı baş verən son proseslər ciddi narahatçılıq
doğurur".
Mütəxəssisin
sözlərinə görə, fermer təsərrüfatlarının iqtisadi vəziyyəti daha ağırlaşa bilər:
"Mövcud situasiya 2012-ci ildə Azərbaycanın kənd təsərrüfatı məhsullarının
istehsalına təsir göstərə, müqayisəli üstünlüyə malik olan aqrar sektora marağı
azalda bilər. Nəticədə kənd təsərrüfatı
və ərzaq məhsulları üzrə idxaldan asılılıq artar. Aqrar sektorda müşahidə edilən
problemlərin, eləcə də növbəti illərdə məhsul
istehsalının azalmasının qarşısını almaq üçün
hökumətin prosesə müdaxilə etməsi, konkret addımlar atması vacibdir. Əvvəla
fermerlərin bazara birbaşa çıxış imkanları təmin edilməlidir. Təəssüf ki, vasitəçilər
vasitəsilə məhsullarını satmaları
onların gəlir əldə etməsinə şərait yaratmır.Prosesdən 3-cü tərəf
yararlanır".
Məhsulların
paytaxt bazarlarına gətirilməsində bürokratik əngəllərə toxunan iqtisadçı bu
kimi halların aradan qaldırılmasını
vacib sayır: "Kənd təsərrüfatı məhsullarının qonşu ölkələrə ixracı
stimullaşdırılmalı, bu istiqamətdə süni maneələr aradan qaldırılmalıdır. Qonşu
ölkələrdə ixrac şirkətləri hökümətdən vergi güzəştləri və ya daha böyük məbləğdə
subsidiyalar alırlar. Eyni prinsipin Azərbaycanda da tətbiqinə ehtiyac var.
İxracla məşğul olan fermerlərə verilən subsidiyaların həcmi artırılmalıdır".
Aqrar sektorda
kompleks addımları vacib sayan ekspert əks
halda qarşıdakı illərdə kənd təsərrüfatı məhsulları böhranının yaranması, idxaldan
asılılığın artması, fermerlərin müflis olması kimi problemləri istisna etmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB