Vüqar Bayramov: “Azərbaycan Krans Montana forumuna ev sahibliyi etməyə hazırdır”- MÜSAHİBƏ (SƏS TV)
İqtisadçı ekspert Vüqar Bayramovun SƏS TV-yə müsahibəsi:
- Krans Montana Forumunun keçirilmə məqsədi və əhəmiyyəti nədən ibarətdir?
- İlk olaraq qeyd edim ki, Krans Montana dünyanın ən böyük forumlarından biridir. Bu forum 1986-cı ildən başlayaraq dünyanın müxtəlif ərazilərində, xüsusilə də Avropa ölkələrində keçirilir. Krans Montana İsveçrədə qeydiyyatdan keçmiş bir forumdur. Bu forumda prezidentlər, eləcə də bir sıra ölkələrin baş nazirləri, tanınmış iş adamları, ekspertləri və yazarları bir araya gəlirlər. Bu forum nəinki geniş yayılmış,eləcə də seçilən forumlardan ən başlıcasıdır. Artıq bu forum 22-ci dəfədir ki, həyata keçirilir. 22-ci forum Belçikanın paytaxtında keçirilib. Azərbaycanın prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu foruma qatılmışdı. Mən də oraya iqtisadçı ekspert kimi dəvət olunmuşdum. Onu xüsusi qeyd edim ki, sonuncu forum məhz Azərbaycana həsr olunmuşdu. Forumda tək dünyada baş verən proseslər deyil, eləcə də son vaxtlar Azərbaycanda baş verən dəyişiklər, o cümlədən də iqtisadi meyllərin inkişafı ilə bağlı məsələlər müzakirə olunurdu. Azərbaycanın investisiya, turizm imkanlarını bir daha təqdim olunması, iş adamlarının yenidən Azərbaycana dəvət edilməsi və Azərbayacnın beynəlxalq arenada yenidən kəşd edilməsi məsələsi öz əksini forumda tapırdı.
- Bu forumda Azərbayacanın prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya ali mükafatlar təqdim olundu. Bu tipli mükafatların verilməsinin əhəmiyyəti barəsində nə deyə bilərsiniz?
- Forum hər il tanınmış insanlara və dünyada baş verən proseslərə təsir imkanı olanlara medal və mükafatlar təqdim edir. Bu ilki forumun mükafatçısı isə prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva idi. Bu mükafat kifayət qədər böyük mükafatdır. Bundan əvvəlki mükafat isə ABŞ-ın prezidenti Barak Obamaya verilmişdi. Bu da ondan xəbər verir ki, Azərbaycanın bölgədə və regionda təsir imkanları daha da artır.
- Forumun növbəti iclasının Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Bununla bağlı hansı təşkilati və fəaliyyət məsələləri nəzərdə tutulur?
- Forumun bu ilki toplantısında qərara alındı ki, 2012-ci il iyun ayında forum Bakıda keçiriləcək. Bu məsələ ilə bağlı təşkilati işlər görülməyə başlayıb. Forum kifayət qədər geniş miqyaslı tədbirdir. Nəzərə alsaq ki, bu forumda Avropa ölkələrinin tanınmış rəsmiləri iştirak edəcək. Buna görə də forumun təşkili məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Hesab edirəm ki, bu cür ciddi tədbirin məhz Azərbaycanda keçirilməsi ölkəmizə olan etibardan irəli gəlir. Azərbaycan forumun burada keçirilməsinə hazırdır. Hətta yaxın zamanlarda forumun proqram rəhbərləri Bakıda olacaqlar. Düşünürəm ki, gələn ilki forum həmişəkilərdən fərqlənəcək.
- Krans Montana forumunun funksiyasının və digər beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi Azərbaycanın iqtisadi siyasətinə nə dərəcədə müsbət təsir göstərə bilər?
- 2012-ci ildə bizi bir sıra ciddi tədbirlər gözləyir. Bu forumla yanaşı Azərbaycanda "Eurovision" mahnı müsabiqəsi də keçiriləcək. İki vacib tədbirin Azərbaycanda keçirilməsi təbii ki, ölkəmizi digər ölkələrdə daha da yaxşı tanıtdıracaq. Bu vacib tədbirlərin Azərbaycanda keçirilməsi həm də turizm baxımından da olduqca əhəmiyyətlidir. "Eurovision" mahnı müsabiqəsi gələn il ölkəmizdə turizm sektorunun inkişaf etməsinə səbəb olacaq. Gələn il təxminən 80 minə yaxın insan bu müsabiqənin izləmək üçün Azərbaycana gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB