Merrill Lynch: \"Asiyada milyonçuların sayı Avropanı üstələyib\"

Merrill Lynch: \"Asiyada milyonçuların sayı Avropanı üstələyib\"

2010-cu ildə dünya milyonçularının sayı bu il 8.3% artıb. SİA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, dünya varlıları siyahısının artması Asiya və Sakit okean zonasından olan milyonçuların sayının artması ilə əlaqədar olub. Belə ki, asiyalı milyonçuların sayı avropalı milyonçuların sayını üstələyib. "Capgemini SA" və Merrill Lynch Global" şirkətlərinin araşdırmasında dünya üzrə aktivlərinin həcmi 1mln dolları keçən insanların sayı ötən ilə nisbətən 10.9 mln nəfər artıb. Ümumiyyətlə, dünya üzrə milyonçuların sayı 2007-ci il maliyyə böhranına qədərki dövrə nisbətən 2 mln nəfər artıb. Belə ki, 2007-ci ilə qədər onların sayı 40.7 mln nəfər idisə, indi onların sayı 42.7 mln nəfərdir. Asiya bölgəsində milyonçuların sayı 3.3 mln nəfər, yəni 9.7% artıb. Avropada isə bu göstərici 6.7%, yəni 3.1 mln nəfər olub. Ümumiyyətlə, isə dünya üzrə milyonçuların sayı 11.1% artıb. Aktivlərinin həcmi 1 mln dolları keçən insanlar isə dünya üzrə 53% təşkil edir. Bu insanlar isə əsasən ABŞ, Yaponiya və Almaniyada yaşayırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə