Internet Explorer 9 artıq Azərbaycan dilində

Internet Explorer 9 artıq Azərbaycan dilində

Microsoft korporasiyası Internet Explorer 9 brauzerinin hazırda 93 dildə təqdim edilməsi haqda xəbər verib. SİA-nın xəbərinə görə, son yeniləşdirmə Azərbaycan dili daxil olmaqla 53 əlavə dili dəstəkləyir. Beləliklə, bu göstəriciyə görə, Internet Explorer 9 brauzeri Windows əməliyyat sistemi üçün brauzer təqdim edən rəqiblərini qabaqlayır ki, bu da Microsoft-un brauzerini tarix boyu ən güclü rəqibə çevirir və şirkətin müştərilər qarşısında götürdüyü öhdəliklərin icrasına yönələn istiqaməti təsdiq edir. Yeni brauzer Microsoft Windows Vista, Windows 7 və Windows Server 2008 əməliyyat sistemlərində işləyir.


Sözsüz ki, Microsoft öz brauzerini inkişaf edərək "qəşəng" kontent, çoxlu sayda yüksək icazəli video və bütün yeni işləmələr, o cümlədən HTML 5-in cəlb olunması hesabına intensiv şəkildə inkişaf edən şəbəkədə iş üçün əsas alət kimi görür. Hazırda bütün rəqiblər bu istiqamətdə fəaliyyət göstərir, lakin Internet Explorer 9 brauzeri JavaScript-kodunun icrası, keşləmə, yaddaşın istifadəsi, təhlükəsizliyin təmin edilməsi və s. aid bütün işləmələri birləşdirərək ən kompleks yanaşmanı nümayiş etdirir.


"İstehlakçının brauzeri onun üçün daha rahat olan dildə istifadə edə bilməsi istifadəçinin Microsoft Windows əməliyyat sistemində fəaliyyətinin təminatının mühüm hissədir. Korporasiyanın əsas məqsədi Internet Explorer 9 brauzerinin mümkün qədər daha çox dilləri dəstəkləməsini təmin etmək, və bununla da dünyanın bütün istifadəçiləri üçün aydın interfeys yaratmaq. Biz çox şadıq ki, cari yeniləşdirməyə Azərbaycan dili də daxil oldu. Bu, korporasiyanın bizim regiona yönəltdiyi xüsusi diqqətin təsdiqidir. Faktiki olaraq Internet Explorer 9 brauzeri Windows Vista-nın dəstəklədiyi bütün dilləri dəstəkləyir; Windows 7 əməliyyat sistemin isə dəstəklədiyi 96 dilin 93-nü dəstəkləyir.

Qeyd edək ki, Microsoft yeganə proqram təminatı istehsalçısıdır ki, son bir neçə il ərzində Azərbaycan bazarı üçün tam lokallaşdırılmış məhsulları təqdim edir. Internet Explorer 9 brauzeri isə lokallaşdırılmış məhsulların sayını artıracaq ki, onların arasında da artıq ən müasir Microsoft Windows 7 əməliyyat sistemi də mövcuddur. Yeni dilləri dəstəkləyən brauzeri Windows Update sistemi vasitəsilə yükləmək mümkündür. Artıq Internet Explorer 9 brauzerini yükləmiş istifadəçilər üçün isə ayrıca dil paketini quraşdırmaq imkanı yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə