Azəriqaz İstehsalat Birliyində açıq mətbuat saatı keçirilib - FOTO

Azəriqaz İstehsalat Birliyində açıq mətbuat saatı keçirilib - FOTO

Bu gün Azəriqaz İstehsalat Birliyində (İB) ənənəvi olaraq açıq mətbuat saatı keçirilib. SİA-nın məlumatına görə, aprel ayından etibarən bu layihə davamlı şəkildə həyata keçirilir. Bugünkü açıq mətbuat saatında Azəriqaz İB-nin qaz təsərrüfatının istismar şöbəsinin rəis müavini Xəyyam Aydınov gələn zənglərə jurnalistlərin qarşısında cavab verib.

Azərbaycanda yaşayan qaçqınların qaz pulunun ödənilməsində limit olduğunu deyən X. Aydınov bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qaçqınların qaza olan 35 kubluq ehtiyacı ödəyir. Əgər istifadə bu göstəricini aşarsa, o zaman abonentlər özləri ödəməli olurlar".

Rəis müavini onu da vurğulayıb ki, Qobustan, Bərdə və Hacıqabul rayonlarının bəzi ərazilərinə bu yaxınlarda qaz veriləcək.

\"\"

Əgər qazın verilməsində yaranan problemlər planlaşdırılan şəkildədirsə, o zaman əvvəlcədən mətbuat vasitəsi ilə əhaliyə xəbərdarlıq edilir deyən Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Tahir Kazımov: "Məlumat o zaman verə bilmirik ki, bizdən asılı olmayaraq qəza xarakterli hallar baş verəndə əhalini məlumatlandıra bilmirik",- deyə əlavə edib.

Qeyd edək ki, Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin təşkili ilə hər həftənin 5-ci günü açıq mətbuat saatı keçirilir. Hər dəfə Azəriqaz İB-nin mütəxəssislərinin iştirakı ilə şikayətçilərin zənginə yerindəcə cavab verilir. Bugünkü mətbuat saatına qədər 258 vətəndaş sual ilə müraciət edib. Bu sualdan 51-i mürəkkəb olduğundan həmin problemin yoxlanılması üçün şikayət qeydə alınır. Digər 35 sualla bağlı konkret tədbirlər görülüb. Bununla yanaşı, o biri suallara da yazılı cavab verilib. Ən çox yeni tikilən binalara qazların verilməsi ilə bağlı müraciət daxil olur.

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə