2011-ci ilin may ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 13008 metr qazma işi həyata keçirib. SİA-nın şirkətin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, bu sahədə görülmüş işlərin 11403 metri istismara, 1605 metri kəşfiyyata aid olub. Ümumiyyətlə, 2011-ci ilin yanvar-may aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 67610 metr qazma işi görülüb ki, bunun da 63199 metri istismara, 4411 metri kəşfiyyata aid olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB