Zaminlik imzalamayan şəxsin pensiyasından kredit borcuna görə tutulma mümkündürmü? - İQTİSADÇI DANIŞDI
"Mülki Məcəllədə zaminliklə bağlı müddəalar ayrıca tənzimlənir. Məcəllənin 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib.

Onun sözlərinə görə, yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur:
"Bu baxımdan yalnız borclunun şifahi ifadəsinə əsasən hər hansı şəxsin zamin kimi müəyyən edilməsi hüquqi baxımdan kifayət deyil. Zamin olan şəxs bankla, yəni kreditorla ayrıca zaminlik müqaviləsi bağlamalıdır. Çünki zaminlik müqaviləsində tərəflərin hüquq və vəzifələri, məsuliyyəti və digər şərtlər müəyyən edilir.
Mülki Məcəllədə zaminin məsuliyyəti də təsbit olunub. Əsas məsələ ondan ibarətdir ki, borclu öz borc öhdəliyini tam və ya qismən icra etmədikdə, müqavilənin şərtlərinə uyğun olaraq zaminin də kreditor qarşısında məsuliyyəti yarana bilər. Lakin bunun üçün zaminliyin qanunvericiliyin tələblərinə uyğun olaraq, o cümlədən yazılı formada rəsmiləşdirilməsi vacibdir.
Beləliklə, şəxsin yalnız şifahi şəkildə “zaminəm” deməsi öz-özlüyündə zaminlikdən irəli gələn hüquqi məsuliyyət yaratmır. Zaminliyin hüquqi qüvvəyə malik olması üçün müvafiq müqavilə bağlanmalı və qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB