Naxçıvan bələdiyyəsinə məxsus "Naxçıvan Abadlıq" MMC ləğv olunduğunu elan edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Kazım Talıblı küçəsi, 20 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Naxçıvan Abadlıq” 2024-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə