Velosiped yollarının daha bir əhəmiyyəti BƏLLİ OLDU - AYDINLIQ GƏTİRİLDİ

"Velosiped yollarının əhəmiyyəti ondan ibarət ola biləcək ki, bizim dünya arenasının reytinqində müəyyən ekonomlu və insanyönümlü şəhər modellərinə uyğun olaraq bir göstəricimiz olsun. Amma reallıqda isə bu tam başqadır. Yəni reallıqda yeni çəkilən velosiped zolaqlarının Azərbaycan Respublikasının, xüsusən paytaxt şəhər olan Bakıda müəyyən çətinliklərin yaranmasına səbəb olur. Çünki velosiped zolaqları əlavə zolaqlar hesabına yox, sırf avtomobil yollarının hesabına yaranmışdır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, hər iki istiqamətdə, yaxud da bir istiqamətdə yolların daralmasına səbəb olur: "Bunun da mənfi tendensiyası ondan ibarətdir ki, həmin ərazi tıxacla müşahidə olunur. Yəni həmin ərazi daim tıxaclı yollar sinifinə aid olur. Burada digər bir məqam isə avtomobil yollarının bu və digər formada nəqliyyat vasitələri üçün optimallığın yaradılmasıdır.

Nəqliyyat vasitələri bu və digər formada öz aktuallığını qoruyub saxlamalıdır ki, nəqliyyat vasitələri üçün hər hansı problem olmasın. Bu məsələnin mahiyyətidir və tələbidir. Yəni həmin zolaqlar elə yerdə inşa edilməli və həndəsi ölçüləri elə seçilməlidir ki, avtomobil yollarındakı maksimum sıxlığı zədələməsin".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə