Dumanlı havada yol-nəqliyyat qaydalarına necə əməl etməliyik? - EKSPERT RƏYLƏRİ

“Dumanlı hava da bir ərazi üzrə nəqliyyat vasitəsini idarə edən şəxs onun yaxın və uzaq fara ışıqları nəzarətdə saxlamalıdır. Yəni duman ışıqlarını nəzarətdə saxlamalıdır. Həmçinin duman zamanı digər nəqliyyatlarla ara məsafəsini gözləməlidir. Bu və digər nöqtədə fikrini yayındıracaq yoldan kənar müdaxilələrə baş qoşmamalıdır”. Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov SİA-ya açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, bütün bu elementlər hamısı yerinə yetirilməli vacib məsələlərdir: “Bu kimi məsələləri mütləq dərəcə də fikirləşmək lazımdır. Çünki dumanlı havalarda yol nəqliyyat hadisələri baş verməsin. Bunun üçün əsas prioritet insanların bir-birinə diqqətli olmasıdır. Yollarda diqqətli olmaq lazımdır, xüsusən nəqliyyat vasitələrini istifadə edən zaman fikrini yayındıracaq diskussiyalar aparılmamalıdır. Bir sözlə dumanlı hava şəraitində nəqliyyat vasitəsindən istifadə edən zaman qətiyyən diqqət yayınmamalıdır”.

Həmçinin məsələ isə bağlı yol nəqliyyat eksperti Eldəniz Cəfərov fikrini bildirib. Onun sözlərinə görə, təbitə hadisələri zamanı, xüsusəndə dumanlı havalarda sürücülər daha məsuliyyətli davranmalıdırlar: “Məlumdur ki, dumanlı hava şəraitində görüntü məhdudlaşır. Xüsusəndə magistral yollarda hərəkət edən sürücülər sürəti azaltmalıdırlar, ara məsafəsini daha çox saxlamıdırlar. Həmçinin ışıq cihazlarından düzgün istifadə etməlidirlər. Duman əleyhinə olan ışıqlar daimi yanılı olmalıdır. Bu elementar qaydalara əməl etməyə çox böyük ehtiyac var”.

Ekspert həmçinin bildirib ki, təcrübəsiz sürücülərə tövsiyyəmiz ondan ibarətdir ki, ümumiyyətlə belə hallarda yollara çıxmasınlar: “Həmçinin dumanlı havalarda əks istiqamətdən gələn nəqliyuyat vasitələrinində görüntüləri məhdudlaşır. Bu səbəblərdən tövsiyyə edirik ki, sürücülər magistral yolarda ötmə əməliyyatlarından çəkinsinlər”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə