“Ötən il Azərbaycan Beyin Mərkəzləri Platforması yaradılıb”

“İİTKM beynəlxalq əməkdaşlığı genişləndirərək Böyük İyirmiliyin və Böyük Yeddiliyin beyin mərkəzləri platformalarında – T20 və T7-də Azərbaycanı uğurla təmsil edir”. SİA xəbər verir ki, bu sözləri İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı deyib.

Vüsal Qasımlı sözlərinə belə davam edib: “2024-cü ilin oktyabr ayında Mərkəzdə keçirilən Beynəlxalq Valyuta Fondunun “Makroiqtisadi təhlil/Maliyyə proqramlaşdırması və siyasətləri” adlı təlimində 10-dan çox dövlət qurumundan 25 nümayəndə iştirak edib. Noyabr ayında isə Asiya İnkişaf Bankı, Asiya İnkişaf Bankı İnstitutu və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu (CAREC Institute) ilə “Qlobal Beyin Mərkəzləri Forumu” keçirilib. Ötən il həmçinin İİTKM-in də təsisçisi olduğu Azərbaycan Beyin Mərkəzləri Platforması yaradılıb”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə