Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 2023-cu il üzrə maliyyə nəticələrini mətbuat konfransında açıqladı. Tədbirdə spiker qismində Bankın İdarə Heyətinin sədri Cavid Quliyev, İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Murad Süleymanov, Komplayns üzrə Baş direktor Anar Kərimov və Marketinq departamentinin direktoru Zara İbrahimzadə çıxış etdilər.
“PAŞA Bank”ın İdarə Heyətinin sədri Cavid Quliyev ötən ilin maliyyə nəticələri ilə bağlı çıxışında dedi ki, 2021-2023-cü illərdə bankın ümumi aktivləri 56,3 faiz artmışdır. Kreditlər əsasən infrastruktur və tikinti layihələrinə ayrılmşdır. Son üç ildə “PAŞA Bank”ın Qarabağdakı layihələrə ayırdığı ümumi kreditin həcmi 120 milyon manata yaxın olmuşdir.
Hesabat dövründə bankın kredit portfelində 46,5 faiz, KOS portfelində 102,2 faiz, müştəri hesablarında 76,3 faiz, məcmu kapitalında 104,4 faiz, haqq və komissiya gəlirlərində 78,1 faiz artım müşahidə olunmuşduir. KOS seqmenti üzrə rəqəmsal modellər vasitəsilə verilmiş onlayn biznes kredit məbləği 298 milyon manat təşkil etmişdir. Kibertəhlükəsizlik investisiyalarının məbləği isə 6,5 milyon manat olmuşdur.
Mətbuat konfransında jurnalistləri maraqlandıran sullara ətraflı cavablar verilmişduir.Bankın maliyyə sektorunda qeyd edilən dövr üzrə əldə etdiyi nailiyyətlər və qarşıya qoyulan hədəflər barədə məlumat verilmişdir.
Afət Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB