"Etirazlar Avropada qida logistikasına mənfi təsir göstərir" - EKSPERT AÇIQLADI

"Etirazlar Avropada qida logistikasına mənfi təsir göstərir" - EKSPERT AÇIQLADI

Bir müddətdir Avropa ölkələrində fermerlərin etirazları davam edir. Bu səfər də etirazlar Asiya ölkəsi olan Hindistanda başlayıb. Bu etirazlar dünya iqtisadiyyatına necə təsir göstərir? Mövzu ilə bağlı SİA-nın suallarınıiqtisadçı ekspert Eyyub Kərimli cavablandırıb.

Onun sözlərinə görə, bu cür etirazların hər bir ölkənin iqtisadiyyatına mənfi təsiri var: “Neçə müddətdir Avropada, xüsusilə də Almaniya da bu etirazlar davam edir. Bu da Avropada qiymətlərin artmasına səbəb olur. Qiyməti artan məhsullar əsasən süd və ət məhsullarıdır. Çünki etirazlarda heyvandarlıqla məşğul olan fermerlər daha çox iştirak edir”.

Ekspert bildirib ki, hazırda Hindistanda baş verən hadisə də sözsüz ki, dünyada düyünün qiymətinin artmasına təsir mənfi təsir göstərə bilər: “Çünki Hindistanda fermerlər daha çox bu sahə ilə fəaliyyət göstərirlər. Düşünürəm ki, bu cür hallar nəinki həmin ölkənin, dünyanın iqtisadiyyatına mənfi təsir göstərir. Hindistan dünyanın aparıcı düyü ixracatçısıdır, Almaniya dünyanın aparıcı süd və ət istehsalçısı və ixracatçısıdır. Əlbəttə ki, bu ölkələrdə baş verən bu cür hadisələr dünya qida zəncirinə və logistikasına mənfi təsir göstərir. Bu da öz növbəsində müəyyən qiymət artımına səbəb ola bilir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə