“Bakı” ES-də 9 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib
Modul tipli “Bakı” Elektrik Stansiyasında istismara verildiyi tarixdən fevralın 1-dək ümumilikdə 8,86 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub. Energetika Nazirliyindən SİA-ya bildirilib ki, 2007-ci il fevralın 22-də istismara verilən stansiya hər birinin gücü 8,7 meqavat olan 12 ədəd qaz porşenli aqreqatdan (QPA) ibarətdir. Stansiyanın ümumi qoyuluş gücü 104,4 meqavat təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB