İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) müvəkkil kredit təşkilatları ilə güzəştli kreditlərin verilməsi prosesində mövcud vəziyyəti müzakirə edib. Bu barədə SİA-ya SİF-dən bildirilib.
Belə ki, Fond və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.
Onlayn görüşdə Fondun güzəştli kredit mexanizmi ilə bağlı 2024-cü il üzrə müəyyənləşdirilmiş prioritet istiqamətlər açıqlanıb. Bununla yanaşı, güzəştli kreditlərin verilməsi ilə bağlı SİF-in tövsiyələri təqdim edilib. Həmçinin sahibkarların güzəştli maliyyə dəstəyindən yararlanmaqla bağlı çətinlikləri diqqətə çatdırılıb, cari məsələlər üzrə təkliflər dinlənilib.
Qeyd edək ki, ötən il SİF ümumi dəyəri 459,9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verib. Verilmiş kreditlərin 46,4 %-i kənd təsərrüfatı məhsullarının istehsalına, 43 %-i sənaye məhsullarının istehsalına, 5,5 %-i xidmət sektoruna, 4,5 %-i turizm sektoruna verilib. Güzəştli maliyyələşmənin 72 %-i regionların, 28 %-i isə Bakı və Abşeronun payına düşüb. O cümlədən, işğaldan azad edilmiş ərazilərdə icra olunan 4layihənin maliyyələşdirilməsinə 11,5 milyon manat kredit ayrılıb. Ötən il verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 99,8 %-i, kreditin məbləği üzrə isə 91,1 %-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB