İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin İdarə Heyətinin sədri Nigar Alimova Şirvan şəhərində vətəndaşları qəbul edəcək. SİA-nın Dövlət Xidmətinə istinadən verdiyi məlumata görə, vətəndaş qəbulu yanvarın 19-da Şirvan Gənclər Evində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 1B) Şirvan şəhərindən, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarından olan vətəndaşlar üçün keçiriləcək.
Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya [email protected] elektron ünvanı vasitəsilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsə, həmçinin qurumun Şirvan Ərazi İdarəsinə (telefon: 051 3899799, elektron ünvan: [email protected] ) 17 yanvar saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB