Türkiyədən idxal edilən yumurtaların ilk hissəsi Rusiyaya çatıb

Türkiyədən idxal edilən yumurtaların ilk hissəsi Rusiyaya çatıb

Türkiyədən idxal edilən yumurtaların ilk hissəsinin Rusiyaya çatdığı bildirilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Rusiya Qida Təhlükəsizliyi Təşkilatının (Rosselxoznadzor) verdiyi açıqlamada Türkiyədən idxal edilən yumurtaların ölkənin cənubundakı “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə Rusiyaya daxil olduğu bildirilib.

Açıqlamada 19,3 ton ağırlığında 316 min 800 ədəd yumurtanın Rusiya daxilində paylanacağı bildirilib.

Rusiya Prezidenti Vladimir Putin dekabrın 14-də ölkədə yumurtanın qiymətinin artmasına toxunaraq deyib:

"Türkiyədən əlavə idxal təklif olunur. (Türkiye ilə) Kənd təsərrüfatı da daxil iqtisadi əlaqələrimiz gözəl şəkildə inkişaf edir".

Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev də qısa müddətdə Türkiyədən vergisiz yumurta idxal edəcəklərini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə