“Pandemiya bir çox proqramların baş tutmasına əngəl oldu“ - DEPUTAT FİKİR BİLDİRDİ

“Azərbaycan iqtisadiyyatı bir neçə istiqamətdə inkişaf edir. Lakin makroiqtisadiyyat tərəfdən baxdıqda qeyri-neft sektoru bizim üçün olduqca maraqlıdır. Çünki biz kiçik və orta sahibkarların inkişafı proqramını həyata keçiririk və hədəfimiz ondan ibarətdir ki, kiçik və orta sahibkarların ümumdaxili məsulda payı təxminən 50 faizi keçməlidir. KOBİA bununla ciddi şəkildə məşğul olur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.

Deputat bildirib ki, pandemiya bir çox proqramların baş tutmasına əngəl oldu: “2026-cı ilə qədər 50 faiz ümumdaxili məsuldan keçməli, 70 faiz işləyən insanlar kiçik və orta sahibkarlıqda çalışmalı və idxalın 40 faizi bunların məsul və xidmətləri olmalıdır.

Yüksək texnoloji bizneslər, istehsallar, o cümlədən yaşıl energetika, kənd təsərrüfatının inkişafı iqtisadiyyatda mühüm yer tutur. Eyni zamanda Türkmənistanla əldə edilən razılaşma da iqtisadiyyatımıza öz töhfəsini verəcək. Hazırda 3 peykimiz var və dördüncüsü də hazırlanır. Sadalanan bütün məqamlar özlüyündə iqtisadiyyata bu və ya digər formada müsbət təsirlərini göstərəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə