İstilik təchizatındakı problemlər niyə öz həllini tapmır? - MÜNASİBƏT BİLDİRİLDİ

“”Azəristiliktəchizat” ASC kimin mənzilində istilik olub-olmadığını bilmir. Sovet dövründən qalma siyahılarla evlərə ödəniş üçün qəbzlər göndərir. Bu da bir problemdir. Çünki bu evlərə gəlib istiliyin olub-olmadığını yoxlayıb invertalizasiya edən olmayıb”. Bu sözləri SİA-ya açıqlamasında Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, digər bir problem evlərdə istilik tələbatının nə qədər olması ilə bağlıdır: “Evin kvadratmetrinə uyğun qiymət tarifi müəyyən olunub. Amma bu tarifi kimin müəyyən etdiyi də bəlli deyil. Hesab edirəm ki, istilik təchizatındakı problemlər mütləq kommunal islahatlar çərçivəsində öz həllini tapmalıdır”.

S.Məmmədov mavi qaz, elektrik enerjisi və ya suyun ödənişi müəyyən həcmə uyğun olaraq sayğacla həyata keçirilir: “İstilik də bu cür olmalıdır. Kim istilikdən istifadə edirsə, ona uyğun tarif müəyyən olunmalıdır. Bunu həyata keçirmədən bu sahədə irəliləyişin olacağına ümid etmirəm”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə