Hesablama Palatası haqqında qanun Milli Məclisə təqdim olunacaq

Hesablama Palatası haqqında qanun Milli Məclisə təqdim olunacaq

Cari ildə hüquq mühafizə orqanlarına göndərilən nəzarət tədbirlərinin sayı bütün həyata keçirilən nəzarət tədbirlərinin ¼-ni keçib.

SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, bu, qürurverici rəqəm deyil: “Amma belə nəticələr var. Hesablama Palatası istintaq və yaxud cəza orqanı deyil. Hesablama Palatası haqqında qanuna dəyişikliklə bağlı layihə Milli Məclisə təqdim olunacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə