"Azərbaycan mühüm iki istiqamət üzrə böyük iqtisadi gəlirlər əldə edəcək" - DEPUTAT DANIŞDI

"Azərbaycan mühüm iki istiqamət üzrə böyük iqtisadi gəlirlər əldə edəcək" - DEPUTAT DANIŞDI

“Azərbaycanda həm ölkənin iqtisadi inkişafı, həm də Avropa İttifaqı və Azərbaycan münasibətlərinin gələcək inkişafı ilə bağlı mühüm hadisə baş verdi. Xəzər Avropa İttifaqı Enerji Dəhlizinin əsasları qoyuldu. Bu dəhliz XXI əsrin yeni enerji dəhlizi hesab oluna bilər. Çünki Azərbaycanda istehsal ediləcək yaşıl enerji ölkəmizə yeni iqtisadi dividentlər gətirəcək”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, paralel olaraq yaşıl enerji istehsalı Azərbaycanda hazırda elektrik enerjisi üçün xərclənən milyardlarla kub metr qazın ixracatına səbəb olacaq: “Beləliklə Azərbaycan mühüm iki istiqamət üzrə böyük iqtisadi gəlirlər əldə edəcək. Eyni zamanda bu ixracat Şərqi Avropa ölkələrinə də çatdırılacaq. Bu isə özlüyündə həmin ölkələr ilə Azərbaycanın münasibətlərinin yeni mərhələyə daxil olması deməkdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə