"Qarşımızda innovativ cəmiyyət qurmaq hədəfi var" - Rəşad Nəbiyev

"Qarşımızda innovativ cəmiyyət qurmaq hədəfi var" - Rəşad Nəbiyev

"Ulu Öndər Heydər Əliyev gənclərə daim böyük inam və etimad hissi ilə yanaşıb. İstər Azərbaycana ilk rəhbərliyi, istərsə də ikinci dəfə hakimiyyəti dövründə gənclərin təhsili və inkişafı, onların potensialından səmərəli istifadə olunması istiqamətində mühüm addımlar atıb". SİA xəbər verir ki, bunu “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” mövzusunda konfransda Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Nazir qeyd edib ki, artıq Azərbaycanda yeni mərhələ başlayıb - Böyük Qayıdış və bərpa-quruculuq dövrü. “Bu gün quruculuq prosesi yalnız işğaldan azad olunmuş ərazilərimizdə apardığımız işləri əhatə etmir. Qarşımızda həm də innovativ cəmiyyət qurmaq hədəfi var. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əksini tapıb.

Azərbaycanda gedən quruculuq prosesinin – istər işğaldan azad olunmuş ərazilərdə, istərsə də innovativ cəmiyyət yaradılması istiqamətində aparılan işlərin əsasında gənclər dayanır”, - deyə Rəşad Nəbiyev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə