Azərbaycan bu il 20 mln. tona yaxın neft ixrac edib - REYTİNQ
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliyaya 4 986 285,69 min ABŞ dolları dəyərində 7 985 493,8 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
SİA-nın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə - red.) ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 1 206 977,64 min dollar dəyərində 1 995 823,22 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda (həcm və dəyərinə görə) üçüncü yeri Hindistan tutur. Yanvar-sentyabr aylarında bu ölkəyə 739 039,83 min dollar 1 249 426,6 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 21 ölkəyə 12 128 399,72 min dollarlıq 19 876 255,4 ton neft ixrac edib.
"APA-Economics" Azərbaycanın bu ilin yanvar-sentyabr aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin məbləğinə görə) təqdim edir:

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB