"Prezidentin səfəri iki dövlət arasındakı münasibətlərdə yeni bir mərhələdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin möhkəmləndirilməsi çox böyük iqtisadi və siyasi əhəmiyyətə malikdir. Çünki bugünkü gündə həmin ölkələr iqtisadi cəhətdən inkişaf etməkdədir və Azərbaycanla sıx əlaqədədirlər. Sözsüz ki, bu ölkələrin Türk Dövlətləri Birliyində iştirakı yeni perspektivlər açır və gələcək uğurlardan xəbər verir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Tacikistana səfəri nəinki Mərkəzi Asiyada, eləcə də dünyada böyük əks-səda yaradıb: "Çünki Tacikistan və Azərbaycan arasında iqtisadi, mədəni, ticarət əlaqələri gündən-günə genişlənir. Azərbaycan dövləti bu əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verir. Əlbəttə ki, Mərkəzi Asiya dövlətləri, xüsusilə də Tacikistanla əlaqələrin möhkəmləndirilməsi Azərbaycan maraqlıdır. Bu onunla ifadə olunur ki, Tacikistan və digər Mərkəzi Asiya ölkələri ən mötəbər tədbirlərdə Azərbaycanın haqlı səsinə səs vermiş, suverenliyi və ərazi bütövlüyünü dəstəkləmişdir".
Deputat sözlərinə davam edərək bildirib ki, dövlət başçısı Cənab İlham Əliyevin Tacikistana bu səfəri də uğurlu nəticələr verəcək: "Bir çox mühüm sənədlərin qəbul olunması gələcəkdə iki ölkə arasında iqtisadiyyatın, mədəniyyətin və digər sahələrin inkişafına töhfə verəcək. Ölkə başçımızın Tacikistan Respublikasına səfər etməsi və oradakı tədbirdə fəxri qonaq qismində iştirakı iki dövlət arasındakı münasibətlərdə yeni bir mərhələdir. Bu mərhələ gələcək uğurlardan xəbər verir".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB