“Fitch Ratings” Türkiyə iqtisadiyyatı üçün artım proqnozunu yüksəltdi

“Fitch Ratings” Türkiyə iqtisadiyyatı üçün artım proqnozunu yüksəltdi

Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” Türkiyə iqtisadiyyatı üçün 2023-cü il iqtisadi artım proqnozunu 2,5-dən 4,3 faizə yüksəldib.

SİA-nın əldə etdiyi məlumata görə “Fitch Ratings” Qlobal İqtisadi Görüntü Hesabatının sentyabr buraxılışını dərc edib.

Hesabatda qeyd olunub ki, Türkiyə iqtisadiyyatı 2023-cü ilin ikinci rübündə gözləniləndən daha çox böyüdükdən sonra bu il üçün iqtisadi artım proqnozu 2,5 faizdən 4,3 faizə qaldırılıb.

Türkiyə iqtisadiyyatının 2024-cü ildə 3 faiz, 2025-ci ildə isə 3,4 faiz artacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə