Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 Çağrı mərkəzi tərəfindən 2023-cü ilin iyul ayı ərzində 8858 zəng cavablandırılıb. Onlardan 7595-i Azərbaycan dilində, 1166-sı rus dilində, 97-si isə ingilis dilində cavablandırılıb. Bu barədə SİA-ya DMX-nin mətbuat mərkəzindən məlumat verilib.
Qəbul edilən zənglərin 2548-i müvəqqəti yaşama icazəsi, 188-i müvəqqəti olma müddətinin uzadılması, 551-i vətəndaşlıq məsələləri, 1649-u olduğu yer üzrə qeydiyyat, 647-si daimi yaşama icazəsi, 570-i iş icazəsi, 394-ü inzibati xəta, 2311-i isə digər məsələlərlə bağlı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB