Pərviz Şahbazov Naxçıvandadır

Energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə qurumun nümayəndə heyəti Naxçıvan MR-na səfərə edib.

SİA xəbər verir ki, nazir ilk öncə Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib.

Daha sonra P.Şahbazov "AE SOLAR ” şirkətinin Azərbaycan üzrə nümayəndəsi, "AE SOLAR AZERBAIJAN" MMC-nin direktoru Əlövsət Hüseynquluyevlə görüşüb. Tərəflər "yaşıl enerji"nin əhəmiyyətindən, Naxçıvandakı mövcud perspektivlərdən danışıb.

Gün ərzində digər görüşlərin də keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə