“Sazişdən çıxmaq Rusiyanın özünə də mənfi təsir göstərəcək” - İQTİSADÇI ŞƏRH ETDİ

“Sazişdən çıxmaq Rusiyanın özünə də mənfi təsir göstərəcək” - İQTİSADÇI ŞƏRH ETDİ

“Rusiyanın "Taxıl Sazişi"ndən geri çəkilməsinin təbii ki, dünya taxıl bazarına müəyyən mənfi təsirləri olacaq”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, biz ötən illərdə də bu cür mənfi hallar ilə rastlaşdıq: “Bu gün dünyada taxıl qiymətinin aşağı düşməsi, ucuzlaşması müşahidə olunur. Ümumiyyətlə son bir neçə ildə rekord səviyyədə taxıl istehsal edilib. Rusiya isə taxıl istehsalı üzrə birinci yerdə idi. Bu isə əlbəttə Rusiyanın sazişdən çıxması ilə xeyli problemlərə yol açacaq. Əsasən də yoxsul ölkələr üçün bu problemlər daha aktual ola bilər.

Yəqin ki, Rusiyanın bu sazişdən çıxması siyasi bir qərardır. Düşünürəm ki, bu hal müvəqqəti xarakter daşıyacaq və Rusiya yenidən taxıl sazişini imzalayacaq. Çünki Rusiyanın hazırda başqa bir seçimi yoxdur. Hətta bu sazişdən çıxmaq Rusiyanın özünə də mənfi təsir göstərəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə