MİDA-nın növbəti mənzil satışı necə həyata keçiriləcək? - DİQQƏT! - ƏMLAK EKSPERTİ DANIŞDI

MİDA-nın növbəti mənzil satışı necə həyata keçiriləcək? - DİQQƏT! - ƏMLAK EKSPERTİ DANIŞDI

"Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi mənzilləri verərkən elektron sistem üzərindən edilən müraciətlərə baxır və ona uyğun seçimlər aparır". Bu sözləri SİA-ya verdiyi açıqlamada "Əmlak" Ekspert Mərkəzinin direktoru Ramin Osmanlı deyib.

O, qeyd edir ki, şəffaflıq məsələsinə gəlincə, müəyyən zamanlarda qarışıq fikirlər səsləndirilib. Bəzən müəyyən texniki səbəblərdən problemlər yaranır: "Ancaq məlum olduğu kimi son proseslərdən, son hadisələrdən sonra dövlət tərəfindən bu proseslərə nəzarət gücləndirilib. Dövlət Təhlükəsizliyi Xidməti, hüquq-mühafizə orqanları bu məsələyə yaxından nəzarət edir. Düşünmürəm ki, gücləndirilmiş nəzarətdən sonra qeyri-qanuni və neqativ hallar olsun. Ola bilər ki, ayrı-ayrı şəxslər qeyri-qanuni yollarla işləməyə davam etsin, lakin onlar da artıq ifşalanıb və barələrində müəyyən tədbirlər görülür".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə