Azərrbaycan neftinin qiyməti dəyişməyib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti dəyişməyib. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 bareli ötən günlə eyni qiymətə - 78,43 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə