"Bakı Enerji Həftəsi" iqtisadiyyatımıza necə təsir edəcək? - İQTİSADÇI EKSPERT AÇIQLADI

“"Bakı Enerji Həftəsi"nin keçirilməsi ənənəvi bir haldır. Hər il ilin bu mövsümündə neft və yaxud energetika sərgisi həyata keçirilir. Bu illəri də dünyanın müxtəlif ölkələrindən Azərbaycana qonaqlar gəlib”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.

Onun sözlərinə görə, burada əsas məsələ odur ki, "Bakı Eenerji Həftəsi" Azərbaycan iqtisadiyyatı üçün mühüm rol oynayır: “Bu günləri neft-qaz sənayesi, enerji sektoru qeyri-neft sektoruna nisbətən Ümumi Daxili Məhsulun formalaşmasında mühüm əhəmiyyətə malikdir. Büdcə gəlirlərimizin orta hesabla 50 faizdən çoxu bu sektorun payına düşür.

Ruslan Atakişiyev sözlərinə belə davam edib: “İxracımızda 90 faizdən çox neft və qaz məhsulları çıxış edir. Bu baxımdan da yeni bir tədbirin keçirilməsi inkişafa təkan verir.

Bu dəfə "Bakı Enerji Həftəsi" elə bir dövrdə baş verir ki, Rusiya Qərb qarşıdurmasının çox kəskin bir dövrü yaşanır. Xüsusən də Qərb dövlətləri və enerji resurslarını daha çox alan, bazarda da daha çox istehlakçısı olan Avropa bazarı Rusiya məhsullarından imtina edir. Bu baxımdan da Rusiyanın bizim kimi ölkələrə eyni məhsulları istehsal etməsi bizim kimi ölkələrə şans yaradır. Bakı Enerji Həftəsində səsləndirilən bir sıra bəyənatlardan da bunu hiss etməliyik. Bu baxımdan qiymətləndiriləndə "Bakı Enerji Həftəsi"nin əhəmiyyəti daha da artmış olur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə