Dünya Bankı Türkiyə üçün iqtisadi artım proqnozlarını artırıb

Dünya Bankı Türkiyə üçün iqtisadi artım proqnozlarını artırıb

Dünya Bankı cari il Türkiyə iqtisadiyyatı üçün artım proqnozlarını 2,7 faizdən 3,2 faizə qaldırıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Bankın Avropa və Mərkəzi Asiya regionu üçün hazırladığı İqtisadi Yeniləmə Hesabatında Türkiyeə iqtisadiyyatı ilə bağlı proqnozlar da yer alıb.

Hesabatda Türkiyə iqtisadiyyatının cari il 3,2 faiz, gələn il isə 4,3 faiz böyüməsinin gözlənildiyi bildirilib.

Qeyd edək ki, Dünya Bankı yanvar ayı proqnozlarında Türkiyə iqtisadiyyatının 2023-cü ildə 2,7 faiz, 2024-cü ildə isə 4 faiz artacağını proqnozlaşdırmışdı.

Hesabatda Türkiyə iqtisadiyyatının 2025-ci ildə 4,1 faiz artacağı təxmin edildiyi qeyd edilib.

Hesabatda bildirilib ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələlərin təqribən 34,2 milyard dollar ziyan vurduğu təxmin edilib ki, bu da 2021-ci ildə ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 4 faizinə bərabərdir.

Hesabatda bütün abadlıq və yenidənqurma işlərinin real dəyərinin birbaşa dəymiş ziyandan iki dəfə çox ola biləcəyi vurğulanaraq, dövlətin davam edən yenidənqurma işləri üçün ev əhalisinə və sərmayə qoyuluşlarına təmin etdiyi dəstək sayəsində artım tempinin 2024-2025-ci illərdə orta hesabla 4,2 faizə yüksəlməsinin gözlənildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə