Bu ilin fevralında bankomatların sayı 2,7 faiz, POS-terminalların sayı 25 faiz artıb. SİA Mərkəzi Banka istinadla xəbər verir ki, banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur.
Fevralın 28-nə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 490, şöbələrinin sayı 94, ATM-lərin sayı 3003 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0,7 faiz və ya 170 nəfər artaraq 23 min 40 nəfər təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB