"Azərbaycan qlobal aləmdə vacib ölkələrdən birinə çevrilib” - ŞƏRH EDİLDİ

"Azərbaycan qlobal aləmdə vacib ölkələrdən birinə çevrilib” - ŞƏRH EDİLDİ

“Bakı şəhərində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində ölkə Prezidenti İlham Əliyev çıxış edərək, bir çox maraqlı və vacib məqamlara toxunub. Cənab Prezident ölkəmizin Avropanın çox layiqli tərəfdaşı olduğunu və bir çox ölkələrlə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycanın töhfəsinin və dünyanın hazırki çətin dövründə ölkələrin birlikdə addımlayaraq irəliləməsini qeyd etdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda həm neft, həm qaz, həm də bərpaolunan enerji məsələlərinin hazırda prioritet olduğu və Avropa üçün çox mühüm tərəfdaş olduğumuz da bildirildi: “Cənab Prezident digər tərəfdaşlarımızın nümayəndələrinə öz minnətdarlığını bildirdi. Bu ölkələrin hər biri bir çox sahələrdə Azərbaycanla əməkdaşlıq edirlər. Azərbaycan da hazırda enerji sahəsindəki ixrac məsələsində çox vacib addımlar atır. Bu gün ölkəmizdə günəş və külək enerjisi istehsalı ilə bağlı sərmayələr həyata keçirilir. Gələcəkdə işğaldan azad olunmuş ərazilərimizdə külək və günəş enerjisi ilə bağlı işlər görüləcək.

Cənab Prezident Azərbaycanın enerji potensialının vacibliyi barədə də danışaraq, bunun əhəmiyyətini vurğuladı. Hazırda Azərbaycan qlobal aləmdə vacib ölkələrdən birinə çevrilib”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə