Uqanda ilk neft qazma qurğusunu işə salıb

Uqanda yanvarın 24-də ölkənin ilk neft qazma qurğusunu işə salıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Afrika dövləti Çin Milli Dəniz Neft Korporasiyası (CNOOC) tərəfindən idarə olunan “Kingfisher” yatağında hasilata başlayıb.

Ölkənin qərbindəki quyunun işə salınma mərasimində prezident Yoveri Kaquti Museveni də iştirak edib.

Respublika yanacağın kommersiya istehsalına 2025-ci ilin sonunda və ya 2026-cı ildə başlamağı planlaşdırır. Hasilat tam gücünə çatdıqda “Kingfisher”də gündə 40 min barel neft hasil ediləcək.

Qeyd edək ki, bu yataqla yanaşı, respublikanın Albert gölünün şimalındakı Tilenqa bölgəsində də neft ehtiyatları var.

Bütün xəbərlər Facebook səhifəmizdə