2022-ci ildə Rusiya boru kəməri ilə Çinə qaz tədarükünün dəyəri 2,63 dəfə artaraq 3,98 milyard dollar təşkil edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Çinin Baş Gömrük İdarəsi yayıb.
İdarənin məlumatına görə, dekabrda Rusiya boru kəməri ilə Çinə qaz tədarükünün səviyyəsi 434,38 milyon dollar təşkil edib - noyabr ayı ilə müqayisədə bu məbləğ 3,3 faiz azalıb.
Çinə boru kəməri qazı satan dövlətlər arasında Türkmənistan birinci (bu ölkədən Çinə tədarük 10,25 milyard dollar təşkil edib-A.B.), Rusiya ikinci, Myanma, Qazaxıstan və Özbəkistan üçüncü yerdədir.
Belə ki, 2021-ci ildə Rusiyadan Çinə boru kəməri qazının tədarükü 2,54 dəfə artaraq 7,53 milyon tonu ötüb.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Energetika Nazirliyi Pakistanı Rusiya şirkətləri ilə mayeləşdirilmiş təbii qazın tədarükü ilə bağlı müzakirələrə başlamağa çağırıb. Bildirilib ki, hazırda mayeləşdirilmiş təbii qaz həcmlərinin əhəmiyyətli hissəsi uzunmüddətli müqavilələr üzrə tədarüklər üçün saxlanılır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB