"Qlobal iqtisadiyyatda baş verənlər Azərbaycana da təsirsiz ötüşmür" - İQTİSADÇI ŞƏRH ETDİ
"Təbii olaraq qlobal iqtisadiyyatda baş verənlər onun tərkib hissəsi olduğu üçün Azərbaycana təsirsiz ötüşmür. O cümlədən, inflyasiyanın təsirləri Azərbaycana mənfi tərəfini göstərib. Azərbaycanda olan inflyasiya səviyyəsinə baxdıqda bu məsələ ilə bağlı orta mövqe tutduğumuzu görərik. Yəni, inflyasiyanın daha az olduğu ölkələr sırasında olmasa da, daha dəhşətli olduğu, tüğyan etdiyi ölkələr arasında da deyilik". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, Azərbaycanda inflyasiya səviyyəsi təxminən 14%-dir: "Ərzaq inflyasiyası isə 20-21% arasında formalaşıb. Buna görə Azərbaycanın digər ölkələrlə müqayisədə inflyasiya səviyyəsinə görə ortadan bir qədər yuxarı səviyyədə qərarlaşdığını müşahidə edə bilərik. Söhbət qlobal böhranda davranışdan gedir. Yəni, düşünürəm ki, qlobal iqtisadiyyatda baş verən böhran və ölkələrin bu böhrandan çıxması üçün atdığı addımlar məsələsində Azərbaycanın mövqeyi daha güclüdür. Çünki bu inflyasiyaya qarşı mübarizə kontekstində çox ciddi şəkildə addımlar atıldı.
Hesab edirəm ki, bu il ərzində hökumətin proqnoz etdiyi kimi inflyasiya 6,9 % deyil, bir qədər yuxarı olacaq. 2024-cü ilin ikinci rübünə qədər inflyasiya davam edəcək. Sadəcə olaraq inflyasiyanın artım tempi azalacaq. Mənim fikrimcə, artıq növbəti ilin ikinci rübündən stabilləşməni müşahidə edə biləcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB