"Xankəndi şəhərinin, Xocavənd, Füzuli və digər yerlərin də ümumi planı hazırlanıb" - ANAR QULİYEV
"Komitə tərəfindən birinci addım olaraq azad edilmiş ərazilərin ümumi planının hazırlanması təmin edilib”. SİA xəbər verir ki, bunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunmuş tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Onun sözlərinə görə, Xankəndi şəhərinin, Xocavənd, Füzuli və digər yerlərin də ümumi planı hazırlanıb: "Məskunlaşmada nizamlanmanın bərpası və əhalinin geri qayıdışının təmini üçün vacib amillər ümumi planda nəzərə alınıb. Ümumi plan ərazidəki şəhər və digər ərazilərin Baş və müfəssəl planları üçün istinad sənədidir. Rayon mərkəzlərinin – Şuşa, Ağdam, Qubadlı, Kəlbəcər və digər ərazilərinin də 2020-ci ildən Baş planlarının hazırlanmasına başlanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB