Əks proses olarsa iqtisadiyyat üçün mənfi hal yaranar - İQTİSADÇI ŞƏRH ETDİ

Əks proses olarsa iqtisadiyyat üçün mənfi hal yaranar - İQTİSADÇI ŞƏRH ETDİ

"Dövlət büdcəsinin xərclərinin gəlirlərindən çox olması adi bir haldır. Daha doğrusu bu, bölgənin idarə edilməsi prosesində, ümumiyyətlə büdcə layihəsinin hazırlanmasında tam normal prosesdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, əgər əks proses olarsa, o zaman bunu iqtisadiyyat üçün mənfi hal kimi qiymətləndirməliyik: "Sadəcə olaraq büdcə xərclərinin daha çox olması büdcənin kəsrlə icra olunması deməkdir. Biz bunu inkişaf etmiş digər dövlətlərdə də görə bilərik. Büdcə kəsri çox olduqda və yaxud büdcə kəsrinin müdaxili məhsula olan nisbəti böyük olduqda isə problem yarana bilər".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə