Bakı Limanı BMT-nin Qlobal Sazişinə qoşulub - FOTO

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) BMT-nin Qlobal Sazişinə qoşulub.

Bu barədə SİA Bakı Limanına istinadən xəbər verir.

Məlumata görə, hazırda 18 dəniz limanı və liman idarəçiliyi şirkətini bir araya gətirən bu sazişə Bakı Limanının da qoşulması barədə qərar, BMT-nin Baş Katibinin müavini və BMT-nin Qlobal Sazişinin icraçı direktoru Sanda Ojiambonın Bakı Limanına ünvanladığı məktubla elan edilib.

Məktubda S.Ojiambo, Bakı Limanın BMT-nin Qlobal Sazişinin universal prinsipini qəbul edərək qlobal iqtisadiyyata, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfə vermək üçün həyata keçirdiyi fəaliyyətlərə BMT sisteminin dəstəyini vurğulayıb.

Regionun logistika və nəqliyyat qovşağı olan Bakı Limanı, öz əməliyyat prinsiplərini DİM prinsiplərinə uyğunlaşdırmağa, eləcə də regional təchizat zəncirinin inkişaf etdirilməsi üçün dayanıqlı mexanizmlər yaratmaqla qlobal davamlı inkişaf strategiyasına töhfə verməyə çalışır. Limanın strateji fəaliyyətləri 17 DİM-dən 11-ə töhfə vermək məqsədi daşıyır və bu fəaliyyətlər də limanın missiya bəyanatına və icra planlarına öncədən daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə