Yeni ildən dənli bitkilərlə bağlı qıtlıq müşahidə olunacaq? - İQTİSADÇI-EKSPERT DANIŞDI

“Dünyada dənli bitkilər və ərzaqlıq buğdaya olan tələbat təqribən ildə 870 milyon tondur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.

İqtisadçı-ekspert qeyd edib ki, bunun 100 milyona yaxını Rusiya və Ukrayna dövlətləri tərəfindən dünya bazarlarına çıxarılır: “Bu da kifayət qədər böyük bir rəqəmdir. Lakin indi isə Ukraynada hazırda payız əkini ümumiyyətlə aparılmayıb. Müharibə ilə əlaqədar olaraq çox az bir şəkildə əkin işləri görülüb. Rusiyanın isə dünya bazarına çıxmaqla bağlı problemləri var. Ona görə də dünyada çox sərt şəkildə buğda istehsalını artırmaq mümkün deyil. Məhz bu baxımdan gələn il bu sahədə müəyyən çatışmazlıqların yaranması gözlənilir. Qiymət artımları da yeni ildən gözlənilən bir haldır. Son 2 il ərzində dünya bazarında qiymət artımları 3 dəfə çoxalıb”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə