İşğaldan azad edilən ərazilərdə görülən işlərin iqtisadiyyata təsiri - EKSPERT ŞƏRH ETDİ

“Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə keçən il 2,2 milyard manat, bu il isə 3 milyard manatın xərclənməsi nəzərdə tutulub”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.

İqtisadçı-ekspert qeyd edib ki, gələn il üçün ayrılan məbləğin 3 milyard manat təşkil ediləcəyi gözlənilir: “İşğaldan azad edilən bölgələrimizdə yol infrasturukturu ilə bağlı problemlərin həlli iqtisadi cəhətdən nəsə qazanmağımıza hələ ki, şərait yaratmır. Region tamamilə minalardan təmizlənməli və infrasturuktur yenilənməlidir. Bu baxımdan müəyyən amillər tam təmin edildikdən sonra həmin ərazilər iqtisadiyyatımıza müsbət mənada böyük töhfə vermiş olacaq. Lakin hazırda isə ayrılan büdcələr hesabına qurulan infrastruktur layihələr hesabına iş yerləri yaradılır və orada çalışanlar əməkhaqqı alırlar. Bunun nəticəsində də orada fəaliyyət göstərən şirkətlər vergi ödəyirlər. Bu ildən etibarən də əkinçilik, arıçılıq və kənd təsərrüfatı sahəsində olan artımlar müşahidə olunur.

Ümid edirəm ki, yaxın illərdə işğaldan azad edilmiş ərazilərin Azərbaycan iqtisadiyyatına müsbət təsirləri çox olacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə