Qeyri-neft-qaz məhsullarının ixracı artıb

Qeyri-neft-qaz məhsullarının ixracı artıb

Cari ilin yanvar-sentyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 17 faiz, real ifadədə 5,8 faiz artaraq 2 milyard 116,8 milyon dollara bərabər olub.
Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (28,4 faiz), Türkiyəyə (24,2 faiz), Gürcüstana (6,8 faiz), İsveçrəyə (6,4 faiz), ABŞ-a (3 faiz), Qazaxıstana (2,8 faiz), Niderlanda (2,5 faiz), Rumıniyaya (2,3 faiz), İtaliyaya (2,1 faiz), Bolqarıstana (2 faiz), Hindistana (1,4 faiz), Özbəkistana (1,4 faiz), Ukraynaya (1,3 faiz), Çinə (1,2 faiz), Belarusa (1,2 faiz), Birləşmiş Krallığa (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə