10 ayda Azərbaycanda ən çox ixrac əməliyyatları oktyabrda aparılıb

10 ayda Azərbaycanda ən çox ixrac əməliyyatları oktyabrda aparılıb

Yanvar-oktyabr aylarında Azərbaycanda ən çox ixrac əməliyyatları oktyabrda aparılıb.
Dövlət Gömrük Komitəsindən SİA-ya bildirilib ki, bu il ixrac əməliyyatlarının ən yüksək göstəricisi oktyabr, ən aşağı göstəricisi isə martda qeydə alınıb. Belə ki, oktyabrda ixrac əməliyyatları 5 milyard 190,2 milyon ABŞ dolları, martda isə 2 milyard 13,3 milyon dollar təşkil edib.

Qeyd edək ki, bu il ölkədə ixracın dəyəri 34 milyard 711,4 milyon dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə