“Nizami Gəncəvi İli”nə həsr olunmuş rəsm müsabiqəsinə start verilib

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatı (ADRA TGT) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr olunmuş rəsm müsabiqəsinə start verib.

ADRA-dan SİA-ya bildirilib ki, müsabiqəyə təqdim olunacaq əsərlərin mövzusu Nizami Gəncəvinin əsərləri və yaradıcılığı ilə əlaqədar olmalıdır. İşlər fevralın 7-dək qəbul olunur. Müsabiqədə 14-29 yaş arasında gənclər iştirak edə bilər. Hər iştirakçı yalnız bir əsər ilə müsabiqəyə qoşula bilər. Ölçü və işləmə texnikası tamamilə sərbəstdir, əsər orijinal olmalıdır.

Qeyd edək ki, ilk 3 yeri qazanmış şəxsə ATGTİ və ADRA TGT tərəfindən diplom təqdim ediləcək. Müsabiqənin münsiflər heyəti yaxın günlərdə açıqlanacaq. Əlavə məlumatı [email protected] ünvanına məktub yazaraq və ya +994(99)3580004 nömrəsi ilə “WhatsApp”da əlaqə saxlayaraq almaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə