Gəncə rəssamlarının virtual sərgisi açılacaq

Bölgələrdə yaşayan rəssamlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə start verilən layihə çərçivəsində Gəncədə yaşayan rəssamların virtual sərgisi açılacaq.

Dövlət Rəsm Qalereyasından SİA-ya bildirilib ki, virtual sərgidə iştirak etmək istəyən rəssamlar öz ad, soyadı, əlaqə nömrəsi və əsərin fotosunu məlumatları ilə birlikdə qalereya[email protected] adresinə göndərməlidirlər.

Əsərlərin qəbulu fevralın 20-dək aparılacaq.

Əlavə məlumat üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...