Gəncə rəssamlarının virtual sərgisi açılacaq

28 Yanvar 2021 13:38 (UTC+04:00)

Bölgələrdə yaşayan rəssamlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə start verilən layihə çərçivəsində Gəncədə yaşayan rəssamların virtual sərgisi açılacaq.

Dövlət Rəsm Qalereyasından SİA-ya bildirilib ki, virtual sərgidə iştirak etmək istəyən rəssamlar öz ad, soyadı, əlaqə nömrəsi və əsərin fotosunu məlumatları ilə birlikdə qalereyas@bk.ru adresinə göndərməlidirlər.

Əsərlərin qəbulu fevralın 20-dək aparılacaq.

Əlavə məlumat üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar.